-
Deputat Zahid Orucun məsələsinə Milli Məclisin İntizam Komissiyasında baxılacaq.
APA-nın xəbərinə görə, bununla bağlı bu gün spiker Oqtay Əsədov İntizam Komissiyasının sədri Ağacan Əbiyevə tapşırıq verib.
O.Əsədov komissiyaya Z.Orucun Milli Məclisdəki davranışının araşdırılmasını və ölçü götürülməsini tapşırıb.
Xəbərdə qeyd edilir ki, Milli Məclisin bu gün keçirilən iclasında spikerlə deputat arasında mübahisə yaranıb. O.Əsədov Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı mövzuya uyğun danışmamasını Z.Oruca irad tutub. Deputat isə yerindən danışaraq spikerə cavab qaytarıb.