Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 17:30

Həlak olan neftçilərin ailələrinə sığorta


Yanğın

-

«Günəşli» yatağındakı qəza nəticəsində həlak olan neftçilərin ailə üzvlərinə sığorta ödənişlərinə başlanıb.

APA bu xəbəri «Paşa Həyat Sığorta» şirkətinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmova istinadən yayıb.

Ancaq M.Rüstəmov rəqəm açıqlamayıb: «Sığorta məbləğləri müxtəlifdir. Təxminən 12-13 neftçi ilə bağlı sənədlər təqdim olunub və sığorta ödənişi tam həyata keçirilib. Bu istiqamətdə işlərimiz davam etdirilir».

Bir müddət öncə həlak olan və itkin düşün neftçilərin ailə üzvləri SOCAR-ın binası önünə toplaşaraq etirazlarını dilə gətirmişdilər. Onlar deyirdilər ki, hökumət verdiyi vədi yerinə yetirmir. Həm onlara verilməli olan kompensasiya gecikdirilir, həm də axtarışlar davam etdirilmir.

2015-ci il dekabrın 4-də Xəzərin «Günəşli» yatağındakı 10 saylı platformada yanğın baş vermişdi. Platformadakı 64 neftçidən yalnız 34-ü xilas edilmişdi. Sonradan 14 neftçinin meyiti tapılıb. Qalanları itkin sayılır.

XS
SM
MD
LG