Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Sentyabr, Cümə, Bakı vaxtı 18:17

Dopinq əleyhinə qanun hazırlanır


Dopinq

-

Milli Məclisin Gənclər və idman komitəsinin «İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə haqqında» yeni qanun layihəsinin hazırlanması üzrə yaradılan işçi qrupunun ilk iclası keçirilib.

APA-nın xəbərinə görə, deputat Fuad Muradov bildirib ki, yeni qanun layihəsinin hazırlanmasında məqsəd bu sahədə qanunvericilik bazasını zənginləşdirməkdir.

Beynəlxalq Antidopinq Təşkilatının tövsiyəsini nəzərə alaraq, Azərbaycan qanunvericiliyində də dopinq əleyhinə mühüm addımlar atılmalıdır.

Bu günlərdə Azərbaycanın ağırlıqqaldırma üzrə 7 atleti dopinq testdən keçə bilmədiklərinə görə 8 il müddətinə yarışlardan diskvalifikasiya edilib.

XS
SM
MD
LG