Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:18

Çərçivə sazişi gündəmə gəlir


Azərbaycan və AB
Azərbaycan və AB

-

Azərbaycan-Avropa Birliyi (AB) çərçivə sazişi Avropa Parlamentinin iclasının gündəliyinə salınıb. APA-nın xəbərinə görə, iyulun 4-dən 7-dək Strasburqda Avropa Parlamentinin növbəti plenar sessiyası keçiriləcək.

Avropa Birliyi-Azərbaycan çərçivə sazişi iyulun 6-da müzakirə olunmalıdır.

Ancaq müstəqil ekspertlər düşünür ki, Azərbaycanla Avropa Birliyi arasında siyasi əlaqələr heç də yüksək səviyyədə deyil. Azərbaycan Avropa Birliyi ilə «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Azərbaycan rəsmiləri son illər bəyan edirlər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.
Düzdür, 2015-ci ildə Azərbaycan Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» sammitinin yekun Riqa bəyannaməsinə qoşulub.

Amma iclasda da qeyd olunub ki, Azərbaycanın yekun bəyannamə ilə əlaqədar öz qeyd-şərtləri var.

Müxalifət hakimiyyətin bu mövqeyini siyasi və iqtisadi islahatlardan qaçmaq kimi yozur.

XS
SM
MD
LG