-
Fransa Rusiya futbol azarkeşlərinin lideri Alexander Shprygin-i bir həftədən də az müddətdə ikinci dəfə deportasiya edib. Səbəb Avro 2016 turnirinin əvvəlində baş verən zorakılıqlardır.
Fransa Shprygin-i iyunun 20-də Tuluza şəhərində, Rusiya komandasıyla Uels oynayanda yenidən saxlayıb. O, daha öncə iyunun 18-də deportasiya olunmuşdu, sonradan Fransaya yenidən girə bilib.
Bu dəfə Shprygin-I Paris aeroportunda Moskvaya gedən təyyarəyə oturdub yola salıblar.
Azarkeşlərin zorakılığından sonra UEF- İngiltərə və Rusiyanı çempionatdan çıxarmaqla hədələyib.