Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:46

AŞPA-nın yay sessiyası başlayır


Avropa Şurası
Avropa Şurası

-

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayır.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat sessiyada iştirak etməkdən ötrü Strasburqa gediblər.

Nümayəndə heyətinə parlamentin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Elxan Süleymanov, Sahibə Qafarova, Qənirə Paşayeva, Vüsal Hüseynov, Müslüm Məmmədov və Sabir Hacıyev daxildir.

Sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinlənməlidir. Türkiyədə demokratik institutların fəaliyyəti, Avropa institutlarında şəffaflıq, miqrantlara qarşı zorakılıq, gender bərabərsizliyinə qarşı mübarizə və digər mövzularda fikir mübadiləsi aparılmalıdır. Bundan başqa, insan hüquqları üzrə Avropa Məhkəməsinə hakimlər seçilməlidir.

XS
SM
MD
LG