Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:02

Azərbaycan köçkünlərə görə kredit alır


Dünya Bankı
Dünya Bankı

-

Dünya Bankının Azərbaycana 66.7 mln. dollar kredit ayıracağı gözlənilir.
APA-nın xəbərinə görə, kreditin ayrılması haqda sənəd bu axşam təsdiqlənməlidir. Kreditin əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və gəlir imkanlarının gücləndirilməsinə yönəldiləcəyi qeyd edilir.

Bankın Bakı ofisinin əməkdaşı Zaur Rzayevin deməsinə görə, sözügedən vəsait məcburi köçkünlərə bir sıra imkanlar yaradacaq: «Kredit çərçivəsində xüsusilə gənc məcburi köçkünlərə müəyyən sahələr üzrə təlimlər keçiriləcək. Daha sonra isə onlara öz işlərini qurmaq üçün ilkin mərhələdə lazım olacaq kapital ayrılacaq».

Bu il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın 7 milyard 448.7 mln. ABŞ dolları (11 milyard 486.6 mln. manat) xarici dövlət borcu var. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsindən ötrü də elə bu qədər investisiya cəlb etmək niyyətindədir.

İqtisadçılar hökuməti sürətlə borclanmaya getməyə görə tənqid edirlər. Onlar düşünürlər ki, əsl problem bu kreditlər qaytarılanda yaşanacaq.

XS
SM
MD
LG