Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 03:18

Gədəbəydə sel adam apardı


Sel

-

Gədəbəy rayonunda təbii fəlakət nəticəsində selin yerli sakinlərdən birini apardığı bildirilir.

«Report»un xəbərinə görə, hadisə iyunun 16-da axşam saatlarında baş verib.

Güclü yağış nəticəsində Başkənd gölünün daşdığı bildirilir.

Bu zaman meşədən odun gətirən Düzrəsullu kənd sakini, 32 yaşlı Osman Rzayevi selin apardığı deyilir. Onun meyitinin artıq sudan çıxarıldığı söylənir.

Şınıx bölgəsinə, rayonun İvanovka, Çobankənd, Saratovka və Qızıltorpaq kəndlərinə dolu düşdüyü bildirilir. Təbiət hadisəsi nəticəsində təsərrüfatlara da ciddi ziyan dəydiyi qeyd edilir.

Bu həftənin əvvəlində aramsız yağışlardan yaranan sel İsmayıllı, Göyçay, Tovuz və Şamaxı rayonlarında da fəsadlara səbəb olmuşdu. Göyçayda 13 yaşlı qız selə düşmüşdü, İsmayıllı rayonunda isə bir qadın sel nəticəsində uçan evin altında qalmışdı. Onların hər ikisi xəstəxanaya yerləşdirilib.

XS
SM
MD
LG