Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:32

Prezident həmməruzəçiləri qəbul edib


İlham Əliyev
İlham Əliyev

-
Prezident İlham Əliyev iyunun 15-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Schennach və Cezar Florin Preda-nı qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, həmməruzəçilər görüşdə bildiriblər ki, həm əfv fərmanını, həm də yenicə icra olunan Amnistiya Aktını təmsil olunduqları qurum yüksək qiymətləndirir.

İlham Əliyev isə Azərbaycanla Avropa Şurasının əlaqələrinin yüksək səviyyədə olduğunu söyləyib. O, əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi ətrafında da fikir mübadiləsi aparıldığı qeyd edilir.

Həmməruzəçilərin bu səfər çərçivəsində Milli Məclisin sədri, baş prokuror, ədliyyə naziri, Mərkəzi Seçki Komissiyasının sədri, vətəndaş cəmiyyəti və KİV təmsilçiləri ilə də görüşləri gözlənilir.

Həmməruzəçilər Stefan Schennach və Cezar Florin Preda görüşlərə bu gün başlayıb.

XS
SM
MD
LG