Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:15

Amnistiya aktının icrasına başlanıb


Həbsxana
Həbsxana

-
Bu gün Amnistiya aktının icrasına başlanıb.

APA-nın xəbərinə görə, akt qadın məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub. Amnistiya aktının şamil olunduğu məhkumlardan üçü azadlığa buraxılıb.

Amnistiya aktına düşən digər məhbusların dörd ay ərzində müəssisədən azad olunması nəzərdə tutulur.

Mərasimdə Ombudsman Elmira Süleymanova, Penitensiar Xidmətinin idarə rəisi Mirsaleh Seyidov, «Konstitusiya» Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev iştirak edib.

Ombudsman Elmira Süleymanova deyib ki, qadın məhkumlarla tez-tez görüşürlər: «İndiyə qədər 518 nəfər bizim vəsatətlə azad olunub. Əfv və amnistiya olduqca vacibdir».

E.Süleymanova sonuncu 4 amnistiya aktının Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunduğunu xatırladaraq, «Azərbaycan yeganə ölkədir ki, qısa zamanda 11 amnistiya aktı, 61 əfv sərəncamı imzalanıb. Bu, böyük rəqəmdir», - deyə bildirib.

Milli Məclis Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May Respublika Günü münasibətilə mayın 20-də Amnistiya Aktı qəbul etmişdi.

Ümumilikdə 10 min nəfərə şamil edilməsi gözlənən bu aktla 3 min 500 məhkum azadlığa çıxmalıdır.

XS
SM
MD
LG