Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 13:30

Həmməruzəçilər Azərbaycana gəlib


AŞPA

-

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Schennach və Cezar Florin Preda Azərbaycana gəlib.

«Report»un xəbərinə görə, səfər çərçivəsində həmməruzəçilərin Milli Məclisin sədri, baş prokuror, ədliyyə naziri və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşü gözlənilir.

Bundan başqa, həmməruzəçilərin vətəndaş cəmiyyəti və KİV təmsilçiləri ilə də görüşlərinin nəzərdə tutulduğu bildirilir.

S.Schennach, C.Preda və belçikalı deputat Alain Destexhe AŞPA-nın müşahidəçiləri qismində 90 saylı Ağdaş seçki dairəsi üzrə iyunun 18-də keçiriləcək təkrar parlament seçkilərini də müşahidə etməlidirlər.

XS
SM
MD
LG