Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 12:27

-

Fransa polisi rusiyalı futbol azarkeşlərinin kimliyini araşdırır. Məqsəd ötən həftəsonu İngiltərə azarkeşləri ilə toqquşmalarda iştirak etmiş «riskli tərəfdarlar»ı aşkarlamaqdır.

Fransa rəsmisi François-Xavier Lauch-un sözlərinə görə, polis Marsel yaxınlığındakı oteldə qalan 29 rusiyalı azarkeşin pasportunu yoxlayır.

Lauch deyib ki, rəsmilər azarkeşlərdən bəzilərini sərhəd yaxınlığındakı holdinq mərkəzinə transfer etmək qərarına gəliblər.

Bu arada polis Lil şəhərinə gedən bir avtobusu da saxlayıb.

Rusiya fan-qrupunun rəhbəri Aleksandr Shprygin avtobusdan göndərdiyi tvitdə yazır ki, polis avtobusu Kann şəhərində saxlayıb.

İyunun 15-də Rusiya komandası «Avro 2016» çərçivəsində Lil şəhərində Slovakiya ilə qarşılaşacaq. İngiltərə isə həmin gün yaxınlıqdakı Lens şəhərində Uelslə üz-üzə gəlir.

İyunun 11-dəki toqquşmalarda 35 azarkeş yaralanıb.

UEFA-nın iyunun 14-də Rusiyaya sanksiya qoyacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG