Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:33

Atəşkəslə bağlı 14 iyun açıqlaması


Qarabağda erməni əsgər
Qarabağda erməni əsgər

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 24 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Paravakar, Berkaber kəndlərindən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndləri atəşə tutulub.

Habelə, Noyemberyan rayonunun Voskevan, Dovex kəndlərindən Qazax rayonunun Quşçu Ayrım və Kəmərli kəndlərinin vurulduğu açıqlanıb.

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin atəşə tutulduğu qeyd edilib.

Nazirliyin bildirməsinə görə, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Göygöl rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin iyunun 13-dəki açıqlamasında atəşkəsin gün ərzində 48 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

XS
SM
MD
LG