Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 23:44

İraq ordusu Fəllucəyə hücuma keçib


Foto arxiv

Son günlərdə İraqın Fəllucə şəhərini 4 minədək sakin tərk edib.

Bu şəhər “İslam Dövləti” qrupunun nəzarətindədir.

Hökumət qüvvələri bazar ertəsi şəhərə hücuma başlayıb.

İndiyədək şəhəri 27 mindən çox sakin tərk edib.

Sakinlərin sözlərinə görə yaraqlılar şəhərdən çıxmaq üçün hər bir sakindən 130 dollar tələb edir.

Hümanitar təşkilatların məlumatına görə, şəhərdə hələ də azı 50 min sakin qalıb.

BMT-nin məlumatına görə isə şəhərdə 90 minədək adam ola bilər.

XS
SM
MD
LG