Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 01:34

Problemli kreditlər artır


Manat
Manat

-

Problemli kreditlərin həcmi artmaqda davam edir. Mayın 1-də vaxtı keçmiş kreditlərin 1 milyard 381.3 milyon manat olduğu bildirilir.

Mərkəzi Bankın (MB-nin) açıqladığı statistikaya görə, mart ayı ilə müqayisədə apreldə problemli kreditlərin həcmi 54.8 milyon manat və ya 4.13 faiz artıb.

MK bildirir ki, manatla 9 milyard 723.1 milyon kredit verilib. Bunun da 726.2 milyon manatının ödəmə vaxtı gecikir. Xarici valyutada da 9 milyard 35.6 milyon manatlıq kredit verildiyi qeyd edilir. Xarici valyutada problemli kreditlərin həcmi 655.1 milyon manat göstərilir.

Müstəqil ekspertlər və beynəlxalq reytinq agentlikləri vaxtı keçmiş kreditlərin daha çox olduğunu deyirlər. Məsələn, «Moody's» hesab edir ki, Azərbaycan banklarında bu, kredit portfelinin 20 faizini təşkil edir.

MB-nin məlumatında isə problemli kreditlər 7.4 faiz göstərilir.

XS
SM
MD
LG