Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:35

Polis 'Qanun' nəşriyyatında 'bomba axtarır'- [Yenilənir - VİDEO]


Polisin 'Qanun'da bomba axtarışı (VİDEO)
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Polisin 'Qanun'da bomba axtarışı (VİDEO)

►Şahbaz Xuduoğlunu gözləyirlər...

Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu Facebook-dakı son statusunda yazır ki, polislər mühafizəçinin telefonunu və giriş qapısının açarını götürüblər.

İyunun 11-də polis əməkdaşları "Qanun" nəşriyyatının binasına daxil olmağa çalışıblar.

AzadlıqRadiosunun əməkdaşı bildirir ki, polis axtarış haqda qərar olmadığı üçün nəşriyyatı binasına daxil ola bilməyib. Onlar binanın qarşısında post qurublar və sabaha qədər burda gözləyəcəklərini bildiriblər.

Nəşriyyatın qarşısında olan vəkil Yalçin İmanov isə AzadlıqRadiosuna deyib ki, polisin əlində axtarış üçün qərar olmadığından mülkiyyətçinin nümayəndəsi hüquq-mühafizə orqanlarının əməkdaşlarını içəri buraxmayıb. “Onlar da binanın qarşısına post qoydular, sonra qərarla gələcəklər”.

Adətən bomba axtarışına Fövqəladə Hallar Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları cəlb olunur. Polisin belə bir axtarış aparması mümkündürmü?

Bu sualı cavablandıran Yalçın İmanov deyir: “Polis istintaq orqanı kimi axtarışa gələ bilər. Amma bundan ötrü onların əlində ya özlərinin əsaslandırılmış qərarı olmalıdır, ya da məhkəmənin qərarı. Bu ikisindən biri olmadan içəridə axtarış aparıla bilməz. Polis əməkdaşları sadəcə bildirdilər ki, 102 saylı xidmətə anonim mənbədən bomba qoyulması haqda zəng gəlib”.

Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu

​Vəkilin sözlərinə görə, binaya bomba qoyulması haqda məlumat daxil olubsa, əraziyə ilk növbədə Fövqəladə Hallar Nazirliyinin, təcili tibbi yardımın və başqa qurumların əməkdaşları gəlməlidir.

AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, polis açar olmadığı üçün binaya daxil ola bilmədiyini söyləyir: “Onlar Şahbaz Xuduoğlunun iştirakı ilə binaya daxil olmaq istədiklərini deyirlər. Ancaq Şahbaz Xuduoğlu şəhərdə olmadığını bildirir. Buna görə də gözləməyə qərar verdilər”.

Nəşriyyatın yerləşdiyi binada başqa qurumlar da fəaliyyət göstərirlər. Onlarin bəzilərinin nümayəndələri binanın qraşısında toplaşsalar da, polis post qurandan sonra dağılışıblar.

Şahbaz Xuduoğlu Facebook-dakı son statusunda yazır ki, polislər mühafizəçinin telefonunu və giriş qapısının açarını götürüblər.

Hələlik bu hadisə ilə bağlı hər hansı dövlət orqanından bir rəsmi açıqlama verilməyib.

***

Polisin "Qanun"a gəlməsi xəbərini ilk olaraq nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu öz Facebook səhifəsində yaymışdı.

"Deyirlər ki, burda bomba var.

Əgər nəşriyyatdan silah və qanundankənar nəsə tapılsa, bilin ki, bunun məsuliyyəti Bakı şəhər Polis İdarəsinin üzərindədir"..

Şahbaz Xuduoğlu AzadlıqRadiosuna deyib ki, Bakıda deyil, polislərin gəldiyini nəşriyyatın gözətçisi ona xəbər edib. Polislər 102 xidmətindən onlara bomba xəbərinin daxil olduğunu deyiblər.

Amma nəşriyyat rəhbəri təəccüblənib ki, bomba axtarmağa gələn polislər özləri ilə belə bir axtarış üçün heç bir cihaz gətirməyiblər:

"Mən də 102 xidmətinə zəng etdim. İşdən sonra polislərin nəşriyyata gəlməsinin səbəbini aydınlaşdırmağa çalışdım".

Şahbaz Xuduoğlu "polislərin gəlişi sizin, yaxud nəşriyyatın son dövrlərdəki hansısa fəaliyyəti ilə bağlı ola bilərmi" sualının cavabında deyib ki, buna inamır, çünki o nə siyasi, nə də ictimai fəaliyyətlə məşğuldur, nəşriyyat isə heç bir qəzet-jurnal çap etmir.

İş günü olmadığı üçün Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə, hələ ki, əlaqə saxlamaq mümkün olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG