Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:24

DİN xanımları işə dəvət edir


DİN
DİN

-

Daxili İşlər Nazirliyi xanımları işə dəvət edir. Nazirliyin baş pasport, qeydiyyat və miqrasiya idarəsi bununla bağlı müsabiqə elan edib.

Nazirliyin məlumatına görə, Qəbələ və Masallı rayonlarındakı «ASAN Xidmət» mərkəzlərində 42 kiçik rəis vəzifəsi boşdur.

Qəbələ, Masallı və ətraf rayonlarda qeydiyyatda olan, yaşı 20-dən 25-dək, boyu 160 santimetrdən yuxarı olan xanımlar müsabiqəyə qatıla bilərlər. Həmçinin, onların özünün və yaxın qohumlarının məhkumluğu olmamalıdır.

Namizədlərdən ən az tam orta təhsili olmaq istənilir.

Müsabiqə zamanı ali təhsillilərə və xarici dil bilənlərə üstünlük veriləcəyi bildirilir.

Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq istəyən xanımlar iyulun 10-dək nazirliyə müraciət etməlidir.

XS
SM
MD
LG