Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 12:37

Bağdadda azı 20 nəfər həlak olub


İyunun 9-da törədilmiş partlayışdan sonra

-

İraqın paytaxtı Bağdadda iki partlayış törədilib, azı 20 nəfər həlak olub.

Polisin məlumatına görə, əsasən şiələr yaşayan Baghdad al-Jadeeda küçəsində partlayıcılar yüklənmiş avtomobil partladılıb, azı 15 nəfər ölüb, 30-dan çox adam yaralanıb.

Paytaxtın şimal hissəsində yerləşən Taji şəhərciyində də avtomobil partladılıb, azı 5 nəfər ölüb, azı 12 nəfər yaralanıb.

Bu partlayışlara görə məsuliyyəti götürən olmasa da, İslam Dövləti (İŞİD) silahlı qruplaşması son aylar oxşar hücumlara görə məsuliyyəti götürüb.

Bu arada İraq qüvvələri İŞİD yaraqlılarını Bağdaddan şimalda yerləşən Fəllücədən çıxarmağa çalışır.

XS
SM
MD
LG