Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:44

İ.Əliyev: «Yoxsulluq, işsizlik 5 faizə yaxındır»


İlham Əliyev
İlham Əliyev

-

«2004-cü ildən bəri Azərbaycan iqtisadiyyatı 300 faiz artıb. Yoxsulluq və işsizlik 5 faizə yaxındır».

President.az saytının xəbərinə görə, bunu dövlət başçısı İlham Əliyev Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında çıxış edib.

Dövlət başçısı deyib ki, neft satışından əldə olunan gəlirlər qeyri-neft sektoruna yatırıldığından, iqtisadiyyatın rəqabətə davamlılığı artıb. İ.Əliyev Davos Dünya İqtisadi Forumuna istinadən bildirib ki, iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə, Azərbaycan 40-cı yerdədir.

Daha sonra İ.Əliyev «Cənub Qaz Dəhlizi» qaz layihəsi və onun əhəmiyyəti barədə danışıb. Prezidentin deməsinə görə, ölkənin təsdiqlənmiş qaz ehtiyatları 2.6 trilyon kubmetrdir. İ.Əliyev «Cənub Qaz Dəhlizi» layihəsinin dəyərinin 45 milyard dollar olduğunu deyib. Onun fikrincə, Almaniyanın mühəndislik, tikinti və avadanlıq istehsal edən şirkətlərinin bu layihədə iştirakına böyük imkanlar var.

Dövlət başçısı Azərbaycanda 169 alman şirkətinin fəaliyyət göstərdiyini və bu sayın artmasını istədiyini söyləyib.

Azərbaycan müxalifəti ölkədə işsizlik və yoxsulluq göstəricisinin 5 faizə düşməsi ilə bağlı açıqlamaları həqiqətdən uzaq məlumatlar sayırlar. Onlar qeyd edirlər ki, ötən il ölkədə iki dəfə devalvasiya baş verib. Manat iki dəfə dəyər itirib. Bu, bir çox müəssisələrin bağlanması ilə nəticələnib. Müxalifətin düşüncəsinə görə, belə olan halda yenə də 2-3 il əvvəl olduğu kimi, yoxsulluğun 5 faiz olduğunu demək həqiqətləri ört-basdır etməkdir.
İlham Əliyev iyunun 6-da Almaniyaya getmişdi. İyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumu keçirilmişdi.

Həmin gün prezident Almaniya kansleri A.Merkel ilə də görüşmüşdü.

XS
SM
MD
LG