Qazaxıstan prezidenti Nursultan Nazarbayev ötən istirahət günləri ölkənin şimal-qərbində törədilən hücumların xaricdən təşkil edildiyini deyir.
İyunun 8-də prezidentin rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir ki, bu hücumu xaricdən təlimat almış radikal dini qrup törədib.
Qeyd edək ki, iyunun 5-də Qazaxıstanın Aqtobe rayonunda silah mağazaları və hərbi hissəyə edilmiş hücumlarda 20 nəfər ölüb.
Onlardan 13-nün yaraqlılar olduğu bildirilir.
Nazarbayev bu qüvvələri çevrilişə cəhddə ittiham edib və buna misal kimi, Gürcüstan, Ukrayna və Qırğızıstanda baş verənləri göstərib.
O, hüquq-mühavizə orqanlarına terrorçuluğa qarşı ən sərt tədbirlər görülməsini göstəriş verib.