Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Aprel, bazar, Bakı vaxtı 18:15

Misir təyyarəsi fövqəladə eniş edib


May qəzasında ölənlər yad edilir

-

Misirin EgyptAir şirkətinə məxsus sərnişin təyyarəsi bomba qoyulmasıyla bağlı informasiya aldığından Özbəkistana fövqəladə eniş edib. Təyyarə Qahirədən Pekinə uçurmuş.

135 nəfərin olduğu təyyarə Özbəkistanın Urgenç şəhərinə enib, evakuasiya edilib və axtarılıb. Misir rəsmiləri təyyarədə partlayıcı tapılmadığını deyirlər.

Rəsmilərin sözlərinə görə, təyyarəyə bomba qoyulmasıyla bağlı anonim zəng alıblar.

Mayın 19-da Misir təyyarəsi Aralıq dənizinə düşüb, təyyarədəki 66 nəfər həlak olub. O vaxtdan EgyptAir təyyarələrinə bomba qoyulması barədə dəfələrlə zəng olunub, hamısı da yalan çıxıb.

XS
SM
MD
LG