Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 07:50

Qazaxıstanda ölü sayı 18-ə çatdı


Foto arxiv

Qazaxıstanın Aktobe şəhərində baş verən atışmalarda azı 18 nəfər ölüb.

Onlardan 12-nin yaraqlılar olduğu bildirilir.

Həmçinin 3 hərbçi, satıcısı və müştərilərdən biri ölüb.

Bundan başqa azı 22 nəfər yaralanıb.

Şəhərdə terror təhlükəsinin həddi qımızıya qaldırılıb və sakinlərə evdə qalmaq məsləhət görülüb.

Məlumatlara görə, şəhərdə internet əlaqəsi və nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

İyunun 5-də onlarla yaraqlı iki silah mağazasını qarət edib, sonra isə sərnişin avtobusunu ələ keçirərək hərbi hissəyə hücum ediblər.

Hücumun qarşısı alınıb, amma yaraqlıların bir qismi aradan çıxa bilib.

Hücum edənlərdən 7-nin yaxalandıqları bildirilir.

Daxili İşlər Nazirliyi-nin nümayəndəsi Almas Sadubayev onların radikal dini qrupların üzvləri olduqlarını deyir.

XS
SM
MD
LG