Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:38

«Eurovision»a alternativ?


Baku Crystal Hall
Baku Crystal Hall

-

Azərbaycanda «Eurovision» mahnı müsabiqəsinə rəqib olan yeni yarışma təşkil edildiyi bildirilir.

Qafqazinfo-nun xəbərinə görə, bu barədə «Eurovision»un Türkiyə üzrə rəsmi nümayəndəliyi açıqlama yayıb.

Xəbərdə deyilir ki, «Youthvision» adlanacaq yarışma «Baku Crystal Hall»da keçiriləcək və 20-dən çox ölkə iştirak edəcək.

Müsabiqə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

Yarışmanı izləyən xarici vətəndaşlara qarşılama, otel, yemək və paytaxt gəzintisinin ödənişsiz olacağı bildirilir. Saytın bildirməsinə görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib ki, sözügedən yarışma 22-24 iyunda Bakıda keçiriləcək. Yaxın günlərdə müsabiqə ilə bağlı Gənclər və İdman Nazirliyi geniş məlumat yayacaq.

XS
SM
MD
LG