Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:14

Aztəminatlı tələbələrə fond


Foto illüstrasiya
Foto illüstrasiya

-

Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilə bilər.

«Report»un xəbərinə görə, Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondu fəaliyyətə başlayıb. Həmin gözləntiləri də yeni yaradılan qurumun saytının istifadəyə verilməsinə həsr olunan media-brifinqdə fondun icraçı direktoru Rüfət Mahmud dilə gətirib.

Onun deməsinə görə, fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlərin verilməsini təmin etməkdir.

O bildirib ki, kreditdən ötrü müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər: «Fonda Azərbaycan vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər».

Ancaq fond rəhbərliyi bunun nə vaxt baş verəcəyini və bu ideyanın hansı vəsaitlə gerçəkləşəcəyini açıqlamayıb.

Fondu Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti təsis edib. Təsisçilər arasında habelə, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti də var.

Ölkə mətbuatının yazdığına görə, son illər 17 minə qədər tələbə təhsil haqqını ödəyə bilmədiyindən, oxuduğu ali məktəbi tərk etmək məcburiyyətində qalıb.

XS
SM
MD
LG