Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 02:36
Euro 2016
Euro 2016

AzadliqLive -Çempionatın ən bahalı komandası Belçikadır

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

12:21 6.6.2016

Polis: Qazaxıstanda silahlı basqında 5 nəfər öldürülüb

Qazaxıstan polisi bildirir ki, ötən gecə Aktobe şəhərində beş silahlı öldürülüb, iki nəfər yaralanıb. Ötən gecə hərbi hissəyə və iki silah mağazasına hücum edənlər altı nəfəri qətlə yetirib.

“Aktobedə durum sabitdir, obyektlər, ictimai nəqliyyat normal qaydada işləyir” Daxili İşlər Nazirliyi iyunun 6-da yaydığı bəyanatda bildirir.

12:52 6.6.2016

Ramazan təqvimi

Sabah - iyunun 7-də Azərbaycanda orucluq başlayır.

İyunun 24-ü, 26-sı, 28-i və iyulun 2-sinin «Qədir gecəsi» olduğu güman edilir. İslam dinində, «Quran-i-Kərim»in yer üzünə nazil olduğunun düşünüldüyü günlər «Qədir gecəsi» adlandırılır.

Oruc gün ərzində 17 saatdan bir qədər çox davam edir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə görə, iyunun 7-də orucluq səhər saat 3:10-da başlayır, 20:25-də isə başa çatır, iftar açılmalıdır.

Bayram namazının iyulun 6-da qılınacağı gözlənilir.

12:59 6.6.2016

"Soqırımı qətnaməsi"nin nəticəsi

Foreign Policy» dərgisində Nick Danforth Almaniya parlamentində ötən həftə qəbul olunmuş «soyqırımı qətnaməsi»ndən yazır. «Sonucda bu qətnamənin Türkiyəni tarixinə yenidən baxmağa inandıracağı, yaxud Türkiyə-Almaniya münasibətlərinə ciddi təsir göstərəcəyi inandırıcı deyil. Türkiyə-Almaniya ticarət münasibətlərinin iqtisadi əhəmiyyəti Türkiyəni məsələyə aşırı reaksiya verməyə qoymayacaq. Tərəflər elə öncə də olduğu kimi, qaçqınlar, söz azadlığı, türklərin Avropaya səyahəti məsələsində viza qaydalarının liberallaşdırılmasını dartışacaqlar. Elə keçmişdə də digər ölkələr oxşar qətnamələr qəbul edəndə, Türkiyə ilkin olaraq qəzəbli reaksiya verib, boykotla hədələyib, səfirini geri çağırıb, sonra da işin başını buraxıb»

13:30 6.6.2016

Ermənistan ordusunun həbs olunmuş 3 keçmiş rəsmisinə ittiham irəli sürülüb

Ermənistan müdafiə nazirliyinin dünən həbs olunnuş 3 keçmiş rəsmisi ağır nəticələrə gətirmiş vəzifədən sui-istifadədə ittiham olunur.

İstintaq İdarəsindən Azadlıq Radiosunun erməni xidfmətinə bildirilib ki, Ermənistan ordusunun keçmiş idarə rəisi general Melsik Chilingarian və həmin idarənin avtomobil nəqliyyatı xidmətinin rəisi Armen Markarian vəzifədən sui-istifadədə və bunun ehtiyasızlıqdan ağır nəticə verməsində ittiham olunurlar. Digər idarə rəisi Mger Papian ağır nəticələrə gətirmiş vəzifədən sui-istifadədə ittiham olunur.

Davamı

XS
SM
MD
LG