Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:16

Muhammad Ali iyunun 10-da dəfn olunacaq


Muhammad Ali Rabatda sarayda Ramazan bayramına qatılıb (1998)
Muhammad Ali Rabatda sarayda Ramazan bayramına qatılıb (1998)

74 yaşında vəfat etmiş əfsanəvi amerikalı boksçu Muhammad Ali iyunun 10-da dəfn olunacaq.

Dəfn mərasimi boksçunun doğulduğu Kentucky ştatının Lousville şəhərində keçiriləcək.

Ailəsi bildirib ki, kim Muhammad Ali ilə vidalaşmaq istəyirsə, mərasimdə iştirak edə bilər. Mərasimdə ABŞ-ın keçmiş prezidenti Bill Clinton nitq söyləyəcək.

Məşhur komediya ustası Billy Crystal və idman yazarı Bryant Gumbel də mərasimdə çıxış edəcək.

Bütün dövrlərin ən yaxşı boksçusu kimi qəbul edilən Muhammad Ali 74 yaşında parkinson xəstəliyindən vəfat edib.

Muhammad Ali 1964-cü ildə amerikalı boksçu Sonny Listona qalib gələrək ilk dünya çempionu adını qazanmışdı. O, 3 dəfə dünya çempionu adı qazanan ilk boksçu olub. Çıxış etdiyi 61 qarşılaşmadan 56-da qalib gəlib. 1981-ci ildə boksdan ayrılıb.

Ailəsinin Cassius Marcellus Clay Jr. Adı verdiyi Muhammad Ali 22 yaşında islam dinini qəbul etmişdi.

XS
SM
MD
LG