Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:31

Atəşkəsin 45 dəfə pozulduğu deyilir


Dağlıq Qarabağda erməni əsgərləri, 13Apr2016.
Dağlıq Qarabağda erməni əsgərləri, 13Apr2016.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 45 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistan silahlı bölmələri Noyemberyan rayonundan Qazax rayonunun Cəfərli və Quşçu Ayrım kəndlərini atəşə tutub.

Bundan başqa, Krasnoselsk rayonundan isə Azərbaycan ordusunun Gədəbəy rayonundakı mövqelərinin vurulduğu açıqlanıb.

Müdafiə Nazirliyinin iyunun 4-dəki açıqlamasında isə atəşkəsin gün ərzində 32 dəfə pozulduğu bildirilirdi

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Yaranmış gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Həmin görüşdə atəşkəsin gücləndirilməsi müzakirə edilib. Görüşdən sonra atəşkəsin pozulması halları nisbətən azalıb

XS
SM
MD
LG