Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:55

NATO generalı Trumpu tənqid elədi


Petr Pavel

“Donlad Trump Putinin əlinə oynayır”.

Bunu iyunun 3-də NATO milli komitəsinin sədri Petr Pavel, ABŞ prezidentliyinə iddiaçı Trumpun tənqidinə cavab olaraq bildirib.

Donald Trump bundan əvvəl NATO-nu köhnəlməkdə təqnid eləmişdi.

Çexiyalı generalsa buna cavab olaraq Röytersə bildirib ki, Rusiya prezidenti Vladimir Putin və digərləri bundan məmnun ola bilərlər və bu cür yanaşma böyük səhv olardı.

General deyib ki, Trumpun bəyanatı dağıdıcı olmasa da, xeyirli də deyil.

Demokrat partiyasından ABŞ prezidentliyinə iddiaçıHillary Clinton da bundan əvvəl Donald Trumpun xarici siyasətini kəskin tənqid edib və bildirib ki, bu cür adama nüvə düyməsini həvalə etmək olmaz.

XS
SM
MD
LG