Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 18:21

Cahangir Hacıyev həbsdə qaldı


Cahangir Hacıyev

-

Bakı Apellyasiya Məhkəməsi Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevi azadlığa buraxmayıb. Vəkilləri sabiq bankirin həbs müddətinin uzadılması qərarının ləğvini tələb edirdilər.

C.Hacıyevin vəkillərindən Aqil Layıcov deyib ki, məhkəmə onların şikayətini əsassız hesab edib. İş üzrə hüquqi müdafiə tədbirləri davam etdiriləcək.

Nərimanov Məhkəməsi bir neçə gün əvvəl C.Hacıyevin həbs müddətini daha 3 ay artırmışdı.

C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin iki maddəsi – 179.3.3 (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Vəkillərdən Əfqan Məmmədov ötən ayın əvvəlində C.Hacıyevin konkret 42 milyon manat mənimsəməkdə ittiham olunduğunu açıqlamışdı. Vəkil həmçinin demişdi ki, C.Hacıyev mənimsədiyi iddia olunan vəsaitə əvəz bankdakı 80 milyon manatlıq səhmlərindən imtina edib.

Bu yaxınlarda “Beynəlxalq Bank ” işinə görə həbs olunanlardan 10 nəfərdən çoxu azadlığa buraxılıb. Onlar bankdan götürdükləri kreditləri qaytarmamağa görə, saxlanmışdılar.

Beynəlxalq Bankla bağlı problemli kreditlərdən 400 milyon manatın qaytarıldığı bildirilir. Ancaq hökumət Beynəlxalq bankdan götürülüb qaytarılmayan kreditlərin həcmini tam açıqlamır.

XS
SM
MD
LG