Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:47

Binali Yıldırım Azərbaycana gəldi


Binali Yıldırım
Binali Yıldırım

-

Türkiyənin baş naziri Binali Yıldırım iyunun 3-də Azərbaycana gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Binali Yıldırım-ı və xanımı Semiha Yıldırım-ı hava limanında Azərbaycan baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Türkiyədə hər yeni seçilən prezident və baş nazir ənənəyə uyğun ilk səfərlərini tanınmamış Şimali Kipr Türk Respublikasına və Azərbaycana edirlər.

Binali Yıldırım ötən ay Ahmet Davutoğlu-nun yerinə baş nazir seçilib.

XS
SM
MD
LG