-
Rusiya İstintaq Komitəsi bildirir ki, Vladivostokun merin Igor Pushkaryov-a vəzifəsindən sui-istifadə və korrupsiya ittihamları irəli sürülüb.
Merlə əlbir olmaqda ittiham edilən, «Doroqi Vladivostoka» müəssisəsinin direktoru Andrei Lushnikov-a da korrupsiya ittihamları verilib.
Pushkaryov iyunun 2-də Moskva məhkəməsində günahkar olmadığını deyib. Lushnikov təqsirini boynuna alıb və Pushkaryov-a qarşı ifadə verməyə hazır olduğunu bildirib.
Pushkaryov bir cinayətkar sxem qurmaqda şübhəli bilinir. Belə ki, yol tikintisi ilə məşğul olan «Doroqi Vladivostoka» merin qohumlarının idarə etdiyi «Vostoktsement» şirkətlər qrupundan tikinti materialları alıb. Bu iş 2009-2014-cü illərdə həyata keçirilib. Materiallar baha qiymətə alınıbmış.
Pushkaryov 45 milyon rubl (670 min dollar) mənimsəməkdə ittiham olunur.