Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 07:04

“İslam Dövləti”qrupuna qarşı yeni cəbhə


Foto arxiv

ABŞ-ın dəstəklədiyi kürd və ərəb birləşmələri Suriyanın şimalında “İslam Dövləti” qrupuna qarşı yeni cəbhə açıblar.

Məlumatlara görə, “Suriyanın Demokratik Qüvvələri” yaraqlıların nəzarətində olan Manbij şəhərinə doğru irəliləyirlər.

Bu şəhər Türkiyə sərhədinin yaxınlığında yerləşir.

“İslam Dövləti” qrupu sərhəd vasitəsilə silah və canlı qüvvələr alırlar.

Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzinin məlumatına görə azadlıq qüvvələri şəhərin təxminən 15 kilometrliyindəki 16 kəndi ələ keçiriblər.

Həmçinin ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələri sübh tezdən Manbiji bombalayıb.

15 dinc sakinin öldüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG