Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 22:19

ABŞ-da xakerlər yol işarələrini sındırıb


Foto arxiv

ABŞ-ın Texas ştatında elektron yol işarələrində siyasi şüarlar peyda olub.

Xüliqanlar Dallas şəhərindəki gur magistral yolda elektron göstəriciləri sındırıblar.

Yolun müəyyən hissələrinin bağlı olması ilə bağlı informasiyaların yerində siyasi şüarlar peyda olub.

Elektron lövhələrdən biri prezident seçkisində Demokrat partiyasından iddiaçı Berni Sandersə səs verməyə çağırır.

Digərində isə Donald Trumpun rəngini dəyişən Buqələmun olduğu yazılıb.

Polisin sözlərinə görə, elektron yol lövhələrinin sındırılması çox ciddi pozuntudur və buna gərə hətta həbs də kəsilə bilər.

Hər iki lövhə yenidən əvvəlki vəziyyətə qaytarılıb.

XS
SM
MD
LG