Keçid linkləri

Təcili xəbərlər
2021, 17 İyun, Cümə axşamı, Bakı vaxtı 20:47

Zakir Həsənov Türkiyədəki təlimi izləyib


Zakir Həsənov

-
İzmir şəhərində keçirilən «Efes-2016» beynəlxalq təlimlərinin yekun mərhələsi «Doğanbey» poliqonunda baş tutub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, yüksəksəviyyəli qonaqlar qismində təlimləri izləməyə Türkiyə prezidenti Recep Tayyip Erdoğan da gəlib.

Sonra Türkiyə Quru Qoşunları komandanı, ordu generalı Salih Zeki Çolak təlim haqqında qısa məlumatla çıxış edib.

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov yüksəksəviyyəli müşahidəçilərlə birgə təlimi izləyib.

Mayın 15-də başlayan «Efes-2016» beynəlxalq təlimlərinə Azərbaycan Silahlı Qüvvələrindən 30 nəfərdən ibarət heyət də qatılıb.

Orada Azərbaycandan başqa ABŞ, Almaniya, İngiltərə, Qətər, Pakistan, Polşa, Səudiyyə Ərəbistanı və Türkiyə ordusu iştirak edir.

Təlimlər iyunun 1-də başa çatacaq.

XS
SM
MD
LG