Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:42

Zakir Həsənov Türkiyədə silah sərgisində olub


Zakir Həsənov
Zakir Həsənov

-
Türkiyədə səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənov yüksəksəviyyəli müşahidəçilərlə birgə Təlim İdarəetmə Mərkəzi və Silah sərgisində olub.

Zakir Həsənov mayın 30-u Türkiyəyə İzmir şəhərində keçirilən «Efes-2016» beynəlxalq təlimlərinin yekun mərhələsində iştirak etməkdən ötrü gedib.

Mayın 15-də başlayan «Efes-2016» beynəlxalq təlimlərinə Azərbaycan Silahlı Qüvvələrindən 30 nəfərdən ibarət heyət də qatılıb.

Orada Azərbaycandan başqa ABŞ, Almaniya, İngiltərə, Qətər, Pakistan, Polşa, Səudiyyə Ərəbistanı və Türkiyə ordusu iştirak edir.

Təlimlər iyunun 1-də başa çatacaq.

XS
SM
MD
LG