2026, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:11
Ilham Əliyev
Ilham Əliyev

AzadlıqLive - İlham Əliyev: "Erməni məsələsi bəhanədir"

Ölkədə və dünyada baş verənləri burdan izləyin

Ölkədə və dünyada baş verənləri burdan izləyin

14:43 2.6.2016

Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaiti açıqlayıb

Nazirlik bildirir ki, fonda iyunun 1-nə 74 milyon 219 min 200 manat yığılıb. Bundan başqa, fonda 212 min 373 ABŞ dolları, 3 min 293 avro və 5 min rubl vəsait köçürüldüyü bildirilir.

14:59 2.6.2016

Bundestaq "erməni souyqrımı" layihəsinə səs verdi

Almaniya bundestaqı 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi qırğınını “soyqırım” kimi tanıyan sənədi qəbul edib.

Müzakirələrə çıxarılan sənəd "1915 və 1916-cı illərdə erməni və başqa xristian azlıqlarının soyqırımının xatırlanması və anımı” adlanır. Qətnamə böyük səs çoxluğu ilə qəbul edilib.

Sənəd layihəsinin müəllifləri hakim koalisiya və müxalif Yaşıllar partiyasıdır.

15:17 2.6.2016

Avropa Məhkəməsi Leyla və Arif Yunuslara görə hökuməti cərimələdi

Avropa İnsan Hüquqları Məhkəməsinin iyunun 2-də açıqladığı qərara görə, hüquq müdafiəçiləri həbsdə olarkən onların qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq (Avropa Konvensiyasının 3-cü maddəsi) hüquqları pozulub. Söhbət onlara lazımı tibbi yardımın edilməməsindən gedir.

Məhkəmə qərarına əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə hüquq müdafiəçilərinin hər birinə 13 min, hüquqi məsrəflərə görə isə birlikdə 4000 avro ödəməlidir.

15:51 2.6.2016

Türkiyə Almaniyadakı səfirini geri çağırdı

Almaniya bundestaqının “erməni soyqırımı”nı tanıyan qətnaməni qəbul etməsindən sonra Türkiyə ilk addımı atıb.

Qərardan dərhal sonra Türkiyə Berlindəki səfiri Hüseyn Avni Karslıoğlunu geri çağırıb.

Davamı

​
XS
SM
MD
LG