Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:12
Ilham Əliyev
Ilham Əliyev

AzadlıqLive - İlham Əliyev: "Erməni məsələsi bəhanədir"

Ölkədə və dünyada baş verənləri burdan izləyin

Ölkədə və dünyada baş verənləri burdan izləyin

19:42 3.6.2016

Sərhəddə viza yalnız hava limaında verilir

“Dubaylı cütlük mənə dedi ki, onlar internetdə araşdırma aparıblar, Azərbaycana viza sərhəddə verilir. Sərhəd-keçid məntəqəsində ingilis dilində bilən əməkdaşlar olmadığından aralarında tərcüməçilik edirdim. Əməkdaşlar dedilər ki, “bəli, sərhəddə ala bilərsən, amma təyyarə ilə gəlsən, aeroportda ala bilərsən”. Onları qatardan düşürdülər”. Ətraflı axşam saat 8-də AzadlıqLive-da

19:40 3.6.2016

Azərbaycanlılar pullarını Türkiyəyə yatırırlar

2016-cı ilin 4 ayında Türkiyədə Azərbaycan kapitallı 64 şirkət, yaradılıb. Onlardan 24-ü səhmdar cəmiyyətdir.

Türkiyə Palatalar və Birjalar Birliyinin məlumatına görə, bu şirkətlərin kapitalına 8,6 milyon türk lirəsi investisiya qoyulub. Bunun 7,2 mln lirəsi və ya 80 faizi Azərbaycandan olan tərəfdaşların payına düşür.

17:07 3.6.2016

Figaro: Erdoğanın əl-qolu açılır

Almaniya bundestaqının "erməni soyqırımı" qərarı Türkiyə prezidenti Erdoğanın əl-qolunu açır. O, bundan Avropa Birliyi ilə əlaqələri pozmağa istifadə edə bilər. Bunu Fransanın Le Figaro qəzeti yazır.

16:33 3.6.2016

İlham Əliyev: "Erməni məsələsi bəhanədir"

“Azərbaycan Türkiyənin yanındadır, həmişə dəstək verir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırımla geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı deyib ki, Azərbaycan dünən Almaniya Bundestaqı tərəfindən qəbul edilən, yalan üzərində qurulan qətnaməni pisləyir: “Bu, ədalətsizlik, ikili standart və tarixin təhrif edilməsidir. Biz buna dözə bilmərik, dözmürük. Diaspor təşkilatlarımıza təlimat verilib ki, daim Türkiyə diaspor təşkilatları ilə birgə hərəkət etsinlər. Biz bölgədə və dünyada birlik ortaya qoymalıyıq”.

Prezident qeyd edib ki, Almaniya Bundestaqının qərarı siyasi sifarişdir: “Bunun siyasi tərəfləri var. Yəqin ki, Türkiyəni nəyəsə məcbur etmək, Türkiyənin müstəqil siyasətinə təsir etmək istəyirlər. Erməni məsələsi sadəcə, bəhanədir, böyük dövlətlərin əlində alətə çevrilib."

Davamı

XS
SM
MD
LG