Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:05

Son günlər Aralıq dənizində 700 miqrant batıb


Miqrantlar batan zamanı
Miqrantlar batan zamanı

Son bir neçə gündə Aralıq dənizində 700 miqrant batıb. Onlar Şimali Afrikadan Avropa qitəsinə keçməyə can atıblar.

Associated Press xəbər verir ki, BMT-nin qaçqınlar üzrə komitəsi bu həftə İtaliya sularında 3 qayığın batdığını bildirib.

Mayın 25-də 100-ə yaxın adam itkin düşüb.

Mayın 26-da göyərtəsində 670 miqrant olan qayıq çevrilib, onların 550-si itkin düşüb, 104-ü xilas edilib. Sahil mühafizə xidməti 15 adamın cəsədini aşkar edib.

Daha bir qayıq mayın 27-də batıb. 135 adam xilas edilib, 45-nin cəsədi tapılıb. Qayıqda olan bir çox adam isə itkin düşüb.

Hər həftə İtaliyanın sahillərində Şimali Afrikadan miqrant gətirən qayıqlar peyda olur.

XS
SM
MD
LG