Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:07

İranda «ədəbsiz» musiqiyə görə həbslər


İran, Qəzvin, gizli konsert (arxiv fotosu)
İran, Qəzvin, gizli konsert (arxiv fotosu)

“Mizan Online” xəbər agentliyi Tehran prokuroru Abbas Jafari Dowlatabadiyə istinadən məlumat verir ki, 8 nəfər ötən həftə tutulub. Onların adı açıqlanmır.

Prokuror deyib ki, xaricdə yerləşən farsdilli “tanınmış anti-inqilab televiziya kanalında” bu videolar göstərilib. İranın xaricində fars dilində yayım verən bir neçə radio-televiziya var.

Dowlatabadi deyib ki, media və mədəniyyət üzrə məhkəmə bu olaya baxacaq və hökmünü verəcək.

Videoların məzmunu açıqlanmır. İranda qadının üzüaçıq və başqa kişi ilə mahnı oxuması “əxlaqsızlıq” sayılır.

Bu həbsdən bir neçə gün əvvəl İranda 30-dan çox tələbə buraxılış gecəsində saxlanmışdı və İslam respubikasının əxlaq kodeksini pozduğu üçün hər biri 99 şallaq almışdı.

XS
SM
MD
LG