Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:25

Almaniya Rusiyaya şərt kəsdi


Frank-Walter Steinmeier
Frank-Walter Steinmeier

-

Almaniya xarici işlər naziri Frank-Walter Steinmeier deyib ki, əgər Moskva Ukrayna ilə bağlı sülh danışıqlarında öhdəliklərini yerinə yetirsə, Avropa Birliyi də tədricən sanksiyaları azaltmalıdır.

Tallinə səfərə gələn nazir mayın 27-də jurnalistlərə deyib ki, o, iyunun sonunda bu məsələdə irəliləyişə ümid edir və bu zaman onlar sanksiyaları mərhələ-mərhələ azalda bilərlər.

Nazirin sözlərinə görə, onların məqsədi sanksiyalar yox, münaqişənin həllidir.

Bu həftə Britaniyanın baş naziri David Cameron və AB Şurasının sədri Donald Tusk deyib ki, Moskvaya qarşı sanksiyalar genişlənə bilər.

XS
SM
MD
LG