Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:00

D.Trump: «Putin güclüdür, bizim lider isə…»


Donald Trump
Donald Trump

-

«Mən Putin-in dostu deyiləm, Putin-i tanımıram və heç vaxt Putin-lə görüşməmişəm. Mən Putin-ə hörmət edirəm, çünki o, güclü liderdir, mən bunu deyə bilərəm. Ondan fərqli olaraq, bizim aciz liderimiz var». Bunu respublikaçılardan prezidentliyə namizədliyə iddialı Donald Trump deyib.

Milyarder xatırladıb ki, rəqibləri onu «Putin-in dostu» hesab edirlər. «Həqiqətən Putin məni dahi, Respublika Partiyasının gələcəyi adlandırıb».

D.Trump partiyanın iyulda keçiriləcək qurultayında nümayəndə heyətindən ən çox dəstək alan namizəddir.

Son sorğularda Donald Trump-ın seçicilər arasında populyarlığı artır, onun reytinqi demokratların prezidentliyə namizədi Hillary Clinton-la müqayisə edilir.

Respublikaçıların qurultayı iyulun sonunda Klivlenddə keçiriləcək. ABŞ-da prezident seçkisi noyabrın 8-dədir.

XS
SM
MD
LG