Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:55

Keçmiş Aparat rəhbərinin səhhəti ağırlaşıb


Vidadi Zeynalov
Vidadi Zeynalov

-

«Həbsdə olan Vidadi Zeynalovun səhhəti yaxşı deyil. Səhhətindəki problemlə əlaqədar görüş otağına gələrkən çox əziyyət çəkdi».

«Report»a bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri V.Zeynalovun vəkili Ceyhun Yusifov deyib.

Vəkilin deməsinə görə, V.Zeynalov həbsindən bir az əvvəl diz qapağından əməliyyat olunub: «Belində ağır dərəcəli onurğa yırtığı (qrıja) və sinir ağrıları var. V.Zeynalov otura bilmir, ya yataqda uzanmalı, ya da ayaq üstə dayanmalıdır. Bu da ona çətinliklər yaradır».

Vəkil V.Zeynalovun xüsusi avadanlıqların olduğu tibb müəssisəsində müayinə olunmasını istəyir.

V.Zeynalov 2015-ci ilin oktyabrında həbs edilib. Ona qarşı külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad ediləndən sonra həm bu qurumda, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bir çox yüksəkvəzifəli şəxs həbs edildi.

Mətbuatda E.Mahmudovun işdən çıxarılmasından sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı müxtəlif versiyalar səsləndi. Ən çox səslənən versiyaların birində qeyd edilirdi ki, milli təhlükəsizlik naziri E.Mahmudov ölkənin rabitə sistemindən bir sıra vəzifəli şəxslərin qanunsuz dinlənməsini həyata keçirib.

XS
SM
MD
LG