Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:07

«Exo Moskvı» rəhbəri senzuradan danışır


Yevgenia Albats
Yevgenia Albats

-

Rusiyanın müstəqil media orqanlarından olan «Exo Moskvı» radiosunda Kremlin tənqidçisinin aparıcısı olduğu populyar tok-şou rəhbərliyin senzurasına məruz qalıb və qapadılıb.

Bunu radionun baş redaktoru Aleksei Venediktov deyir.

Venediktov-un mayın 25-də bildirdiyinə görə, tanınmış jurnalist Yevgenia Albats-ın apardığı şou bağlanıb. Albats həmçinin, prezident Vladimir Putin-in dostları və ailə üzvləri barədə araşdırmalar edən jurnalın redaktorudur.

Venediktov daha sonra rus veb-saytlarına deyib ki, Albats stansiya rəhbərliyinin qoyduğu məhdudiyyətlərə etiraz olaraq müqavilə imzalamaqdan imtina edib. Onun sözlərinə görə, verilişdən öncə bütün sualları rəhbərliklə razılaşdırmalıymış.

«Exo Moskvı» Moskvada və digər böyük şəhərlərdə yayımlanır. Venediktov-un Rusiya elitasıyla əlaqələri var.

Sahibinin nəhəng qaz şirkəti «Gazprom» olmasına baxmayaraq, radiostansiya müstəqilliyini saxlaya bilib.

XS
SM
MD
LG