Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 05:41

Savchenko Ukraynaya döndü


Evgeny Erofeev , Nadezhda Savchenko (mərkəzdə) və Alexander Alexandrov

-

Ukraynalı pilot Nadia Savchenko 700 gündən sonra Rusiyadan Ukraynayaya verilib.

Kremlin sözçüsü Dmitry Peskov mayın 25-də bildirib ki, prezident Vladimir Putin ukraynalı pilotu əfv edib. Əvəzində də Ukraynadan rusiyalı məhbus Moskvaya verilib.

Savchenkonun Evgeny Erofeev və Alexander Alexandrovla dəyişdirildiyi bildirilir.

Ukrayna prezidenti Petro Poroshenkonun ofisində Nadia Savchenko-nu qarşılama mərasimindən görüntülər:

Nadia Savchenko artıq Ukrayna ərazisindədir, onun Kiyevdə Bristol hava limanında qarşılanma mərasimi:

Nadia Savchenko azadlıqda
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

Savchenko bu il martın 22-də Rusiyada 22 illik cəzaya məhkum olunmuşdu. O, Ukraynanın şərqində iki rusiyalı jurnalistin ölümündə əli olmaqda təqsirli bilinib.

Pilot isə oğurlandığını və qanunsuz olaraq Rusiyaya gətirildiyini bildirir.

XS
SM
MD
LG