Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:01

Yunanıstana 10,3 milyard avro ayrılır


19 nazir Afinaya 10, 3 milyard avro məbləğində yeni kredit verilməsi barədə razılığa gəlib

Avrozona ölkələrinin maliyyə nazirləri Yunnaıstanın borc yükünü yüngülləşdirmək üçün ona kreditlər verilməsinin davam etdirilməsi barədə mühüm razılığa gəliblər.

Brüsseldə gecədən xeyli keşmişədək davam edən müzakirələrin sonunda nazirlər Afinaya 10, 3 milyard avro məbləğində yeni kredit verilməsi barədə razılığa gəliblər.

Bundan iki gün əvvəl Yunanıstan parlamenti Avropanın tələbləri çərçivəsində büdcə xərclərinin daha da azaldılması və vergilərin artırılması haqqında qanunları qəbul etmişdi.

19 Avrozona nazirinin sözü gedən iclası tam 11 saat davam edib.

XS
SM
MD
LG