Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 09:00

Ekspertlər Məclisinə mühafizəkar seçildi


Ahmad Jannati

-

Sərt-xətt tərəfdarı Ayətulla Ahmad Jannati İranın Ekspertlər Məclisinin başçısı seçilib. Bu qurum seçkilərin keçirilməsinə cavabdehdir və İranın Ali dini rəhbərinin işinə nəzarət edir.

Məclisin 88 üzvü var, 51-i Jannati-yə səs verib. Mayın 24-də keçirilmiş səsvermədə digər iki mühafizəkar Ayətulla Ebrahim Amini və Mahmud Hashemi Sharhoudi uyğun olaraq 21 və 13 səs toplayıblar.

Bu posta islahatçı, yaxud mötədil namizəd verilməyib.

Fevralda keçirilən seçkilərdə islahatçılar və mötədillər üstünlük qazansalar da, Ekspertlər Məclisinə mühafizəkarlar nəzarət edir.

XS
SM
MD
LG