Keçid linkləri

Təcili xəbərlər
2021, 12 İyun, şənbə, Bakı vaxtı 19:31

Reytinq agentliyinin illik konfransı Bakıda


Moody's

-

Bakıda «Moody's» beynəlxalq reytinq agentliyinin kredit risklərinə dair illik konfransının keçirildiyi bildirilir.

APA xəbər verir ki, konfransda «Moody's» agentliyinin Azərbaycana verdiyi reytinqlərin də müzakirə olunacağı gözlənilir.

Konfransda Azərbaycan bank sektorunun nümayəndələrinin, Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leshchenko-nun, «Moody's Investors Service»in vitse-prezidenti Burak Cerrahoğlu-nun, Rusiya və MDB ölkələri üzrə baş menecer Alex Sazhin-in iştirak etdiyi qeyd olunur.

Bu ilin fevralında «Moody’s» beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqini aşağı salmışdı. Baa3 səviyyəli dövlət istiqrazları və emitent reytinqləri Ba1 səviyyəsinə endirilmişdi.

«Moody's» qeyd edirdi ki, Azərbaycan karbohidrogenlərdən çox asılıdır. Azərbaycanın ixracının 90 faizindən çoxunu neft və qaz təşkil edir. Bu, ÜDM-in təxminən 1/3-ni təmin edir.

Bir müddət öncə isə bu beynəlxalq reytinq agentliyi Rusiyadakı böhranın Azərbaycana da mənfi təsir göstərəcəyini proqnozlaşdırmışdı.

XS
SM
MD
LG