Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:58

Musiqili Teatrda premyera – “999-cu gecə”


►Bu, “1001 gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı “999-cu gecə” adlandırıb

Dövlət Musiqili Teatrında mayın 25-də 26-da saat 19.00-da 106-cı teatr mövsümünün növbəti premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, “1001 gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” nağıl-tamaşanın süjet xətti çəkməçi Marufla arvadı Fatma arasındakı təzadlı, ziddiyyətli münasibətlər üzərində qurulub.

Bu nağıl “1001 gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı “999-cu gecə” adlandırıb.

Xeyirlə şərin əbədi qarşıdurması fonunda böyük bir eşq uğrunda mübarizənin təqdim olunduğu tamaşanın musiqi tərtibatında dahi bəstəkar Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqisindən və ölməz mahnılarından istifadə olunub.

Gözlənilməz situasiyalarla zəngin səhnə əsərində maraqlı dekorasiyadan istifadə olunub. Dekorasiya 2 mərtəbəlidir və hər bir mərtəbə simvolik məna daşıyır.

Tamaşanın quruluşçu-rejissoru İradə Gözəlova, quruluşçu-drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeystri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir.

Tamaşada rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Abdullayeva, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Nicat Əli, Əliməmməd Novruzov, Elçin İmanov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edəcəklər.

XS
SM
MD
LG