Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 00:40

İstanbulda humanitar sammit keçirilir


Yunanıstanda miqrantlar

-

Mayın 23-də Türkiyədə birinci Dünya Humanitar Sammiti keçirilir. BMT-nin sponsorluğu ilə keçirilən toplantıda qlobal böhranların həlli yolları müzakirə olunacaq.

İstanbulda keçirilən iki günlük tədbirə dünyanın 60 ölkəsinin liderləri qatılacaq. Onlar münaqişələrdən və fəlakətlərdən zərər çəkmiş insanların ehtiyaclarını ödəmək yollarını götür-qoy edəcəklər.

Hazırda dünyada 60 milyon nəfər didərgin düşüb, azı 125 milyon nəfərin yardıma və mühafizəyə ehtiyacı var.

Bəzi təhlilçilər deyir ki, Türkiyə Prezidenti Recep Tayyip Erdogan bu sammitdə ölkəsinin problemin həllinə verdiyi töhfələrə diqqət mərkəzində saxlayacaq. Hazırda Türkiyədə Suriya münaqişəsindən yaranmış 2.7 milyon qaçqın var.

XS
SM
MD
LG