Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:06

Avstriyada ultrasağçı prezident seçilə bilər


Avtriyada aksiyalardan bir kadr
Avtriyada aksiyalardan bir kadr

Avstriyada prezident seçkilərinin ikinci turu keçirilir. Avropa Birliyinə daxil olan Avstriyada müharibədən sonra ilk dəfə ultrasağçı dövlət başçısı seçilə bilər.

Seçkilərdə Azadlıq partiyasının lideri Norbert Hofer və “Yaşıllar”ın keçmiş lideri Alexander van der Bellen arasında kəskin mübarizə gedir. Norbert gözlənilmədən səsvermənin birinci turunda 35 faiz səs toplayıb. Təhliliçilərə görə, onun səs almasına təkan verən başlıca amil miqrasiya böhranı, təhlükəsizlik məşğulluqla bağlı problemlərin qabarmasıdır.

Yaxin Şərqdə və Afrikada münaqişədən sonra Avstriya 90000 qaçqına - əhalisinin 1 faizi qədər insana qapısını açıb.

Nobert Hoferin rəqibi Bellen isə iqtisadiyyat professorudur və birinci turda səslərin 21 faizini alıb. Ona əsasən ultrasağçıları hakimiyyət başında görmək istəməyənlər dəstək verir.

XS
SM
MD
LG